Naxçıvanda leysan yağıb - Faktiki hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti aprelin 13-nə olan faktiki hava şəraitilə bağlı məlumat açıqlayıb.
Xidmətdən Sabah.az-a verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.
Yağan yağıntının miqdarı: Naxçıvanda 29.0 mm (aylıq normanın 75 faizi), Ordubadda 23.0 mm (aylıq normanın 57 faizi), Şahbuzda 18.0 mm (aylıq normanın 30 faizi), Şərurda 18.0 mm (aylıq normanın 75 faizi), Culfada 15.0 mm (aylıq normanın 44 faizi), Sədərəkdə 13.0 mm, Şahdağda 7.0 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5.0 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Külək: Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.
Havanın temperaturu: aprelin 12-də Bakıda iqlim normasından 6.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24 dərəcə isti, Naxçıvanda 17-22 dərəcə isti, dağlıq rayonlarda 17-24 dərəcə isti, aran rayonlarında 23-27 dərəcə isti müşahidə edilib.
Daha çox