Bakıda ər arvadını gözəllik salonunda öldürdü

ÖLKƏ
13:12
13 Aprel 2023
9168

Bakıda ər arvadını qətlə yetirib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 12:40 radələrində Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Aygün Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov polisə gələrək təslim olub.

Araşdırma aparılır.

Xəbər lenti