17 bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb
Ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3 304 müraciətdən 2 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.
Həmin müraciətlərdən 152-si aidiyyəti üzrə göndərilib, 172 müraciət isə baxılmaqdadır. Onların 140-ı təmin və ya qismən təmin edilib. Bu, ötən illə müqayisədə 71% çoxdur.
İnzibati nəzarət qaydasında aparılmış 24 inzibati araşdırmada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materialların 17-si üzrə cinayət işi başlanıb, 1 material üzrə cinayət işinin başlanılması rədd edilib, digərlərinə isə baxılmaqdadır.
Cinayət işi açılan bələdiyyələr arasında Qusar rayonu Samur, Şamaxı rayonu Ovçulu, İmişli rayonu Yuxarı Qaralar, Xızı, Göyçay rayonu Ərəbcəbirli. Tovuz rayonu Abulbəyli. Ağsu rayonu Xanbulaq, Səbail rayonu Badamdar bələdiyyəsinin vəzifəli şəxslər var.
Daha çox