Şəhid Vidadi dəfn olundu - Fotolar+Yenilənib

ÖLKƏ
11:36
12 Aprel 2023
348

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilib.

Sabah.az Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimindən sonra şəhidimizin cənazəsi dəfn olunması üçün Saray qəbiristanlığına aparılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi  Gündüz oğlu Tağıyev şəhid olublar.

***

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilib.

Şəhidimizin cənazə namazı qılınıb.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Şəhidimiz Vidadi Zalov torpağa tapşırılıb.

Xəbər lenti