Naxçıvanda itkin düşən hərbçilərin kimliyi bilindi - Yenilənib

ÖLKƏ
15:30
10 Aprel 2023
426

Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Sabah.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğludur.

Hərbçilərin ailə üzvləri Meydan TV-yə bildiriblər ki, onlar aprelin 5-də itkin düşüblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir.

***

Müsavat xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 10-u saat 01:00-dan 02:00-dək olan müddətdə Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun aşkar edilərək saxlanıldığı barədə məlumat yayıb.

Xəbər lenti