Öldürülüb quyuya atılan şəxs Elnarə Bəkirovanın atası imiş
14:02
8 Aprel 2023
611Xəbər verdiyimiz kimi, daha öncə itkin xəbəri yayılan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Sabah.az OLAY-a istinadən xəbər verir ki, həmin şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Xatırladaq ki, üzərində 300 min manatla itkin düşən Kamran Bəkirova küt alətlə xəsarət yetirilib, “Ləhiş bağları” ərazisindəki su quyusuna atılıb.
Daha çox