Bakıda ata oğlunu öldürüb polisə təslim oldu

HADİSƏ
10:15
8 Aprel 2023
714

Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, K.İsrafilovun atası 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti