Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 24 yeni yoluxma

GÜNDƏM
16:07
31 Mart 2020
156

Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Sabah.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4 602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti