Generalın polis qardaşı vəfat etdi

XƏBƏR
13:13
6 Aprel 2023
169

Uzun illər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev dünyasını dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Bakı şəhərində xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.

Xəbər lenti