Bakıda bankdan 370 min oğurlayanlar tutuldu

ÖLKƏ
14:23
5 Aprel 2023
330

Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulub.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat ve 32 min dollar).

Pulun bankda depozitlərin saxlanıldığı seyfdən oğurlandığı bildirilirdi.

Xəbər lenti