Oğurluq edən üç qardaş tutuldu

XƏBƏR
15:00
31 Mart 2020
87

Bakıda oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

Xəbər lenti