“Tiktok”un canlı yayımında dava düşdü - 15 yaşlı oğlan adam bıçaqladı

HADİSƏ
17:17
3 Aprel 2023
319

Şəmkirdə 23 yaşlı oğlan bıçaqlanıb.

Sabah.az xəbər verir ki, 2008-ci il təvəllüdlü, Şəmkir sakini O.T tanışı, 2000-ci il təvəllüdlü N.Bədəlova bıçaqla bir neçə dəfə vuraraq bədən xəsarətləri yetirib.

Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl 15 yaşlı O.T və həmkəndlisi N.Bədəlov “Tiktok”da canlı yayıma qoşulublar. Canlı yayım zamanı onların arasında mübahisə baş verib və bir-birini söyüblər. Daha sonra hər iki şəxs məhəllədə görüşüblər və 15 yaşlı oğlan tanışını bıçaqlayıb.

Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti