Metroya xlorla girdi, təhlükə yarandı - Yenilənib

ÖLKƏ
16:17
31 Mart 2023
322

Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.

Sabah.az xəbər verir ki, Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov bildirib.

***

Qurum rəsmisi əlavə edib ki, sərnişinin əlində olan xlor dezinfeksiya məqsədi üçün nəzərdə tutulub və toz halında paketdə olub.

Xəbər lenti