Hirkan Milli Parkındakı yanğın söndürüldü - Yenilənib

XƏBƏR
11:29
30 Mart 2023
159

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın olub.

Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə Milli Parkın, ETN-nin digər yerli qurumlarının, FHN-nin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

Ərazidə növbətçilik təşkil edilib.

Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

Xəbər lenti