Prezidentdən 7,8 milyonluq sərəncam
Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km)-Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km)-Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin
Daha çox