Həmin piyada keçidi sökülür - Video
14:41
27 Mart 2023
611Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.
Sabah.az xəbər verir ki, ilkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib.
Qeyd edək ki, hazırda bura yaxın ərazidə, Odlar Yurdu Universitetinin qarşısında işıqforla tənzimlənən “zebra” keçidi var.
Xatırladaq ki, sözügedən keçidin tikintisi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Qeyd edilirdi ki, tikinti rəsmi icazə olmadan aparılır və ümumiyyətlə belə bir keçidə ehtiyac yoxdur.
***
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:
“Sözügedən yerüstü piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq”.
Daha çox