Mədət Quliyevə yeni müavin təyin olundu
13:15
27 Mart 2023
709Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.
Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.
O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Mühəndis iqtisadiyyatı və idarəetmə” (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” (MBA) dərəcəsi əldə edib.
Daha çox