UEFA "Qarabağ"a 781 min avro ödədi

İDMAN
15:15
14 Noyabr 2019
44

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki çıxışına görə qazandığı məbləğ klubun hesabına köçürülüb.

Sabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində çıxışına (1 qələbə üçün 570 min avro, 1 heç-heçəyə görə 190 min avro) və Azərbaycan Premyer Liqasının  2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, A qrupunda yer alan "Qarabağ" hazırda 4 xalla 3-cüdür.