Oqtay Əliyevlə vida mərasimi keçirilir - Fotolar+Yenilənir

ÖLKƏ
12:01
23 Mart 2023
965

Ötən gün avtomobil qəzasında həlak olan rejissor, prodüser Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, vida mərasimi hazırda mərhumun Yasamaldakı evində keçirilir. Yaxınları, sənət adamları onunla vidalaşmaq üçün evinə gəlirlər.

Xatırladaq ki, qəza zamanı avtomobildə O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

Qeyd edək ki, Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xəbər lenti