Oqtay Əliyevin dəfn yeri dəyişdirildi

XƏBƏR
11:32
23 Mart 2023
601

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, O.Əliyev ötən gün avtomobil qəzasında dünyasını dəyişib. Axşam saatlarında onun Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, qəza zamanı avtomobildə O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

Xəbər lenti