Birbaşa yardımla bağlı daha bir açıqlama

İQTİSADİYYAT
10:17
31 Mart 2020
168

“Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək”.

Sabah.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib:

"Ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə , 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir. Eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib”.

Xəbər lenti