Böyükşor gölündə meyit tapıldı - Yenilənib

XƏBƏR
15:28
17 Mart 2023
224

Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 17-də Böyükşor gölündə naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti