Eldar Sultanov təqaüdə göndərildi

ÖLKƏ
13:19
17 Mart 2023
456

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Baş prokuror Kamran Əliyev tərəfindən E.Sultanova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Qeyd edək ki, dünən Eldar Sultanovun 60 yaşı tamam olub. O, daha əvvəl Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri kimi çalışıb.