Vüqar Qurbanovdan yeni direktor təyinatları
12:12
17 Mart 2023
402Bir neçə tibb müəssisəsində yeni direktor təyinatları olub.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.
Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.
Daha çox