Generalın qardaşına yeni vəzifə verildi
11:31
17 Mart 2023
515Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.
Sabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.
Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi.

Daha çox