Fransada daha 418 nəfər koronavirusdan öldü
Son sutka ərzində Fransada yeni növ koronavirusdan (COVID-19) 418 nəfər dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerom Salomon məlumat verib.
Onun sözlərinə görə, martın 1-dən etibarən ölkədə 3 024 ölüm halı qeydə alınıb, 21 mindən çox koronavirusa yoluxan şəxs xəstəxanaya yerləşdirilib: "5 mindən çox xəstə reanimasiya şöbəsindədir. Onların vəziyyəti ağırdır".
Qeyd edək ki, ümumilikdə Fransada koronavirusa 44 min 550 nəfər yoluxub. Martın 17-dən etibarən ölkədə vətəndaşların hərəkəti məhdudlaşdırılıb.
Daha çox