Ağdamda iki nəfər heyvan otararkən minaya düşüb öldü

ÖLKƏ
13:11
16 Mart 2023
410

Ağdamda iki nəfər minaya düşərək həlak olub.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib.

Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti