Bakıda qardaşlar 11 evdən oğurluq etdi - Video

XƏBƏR
15:19
15 Mart 2023
233

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının paytaxtın Binə qəsəbəsində həyata keçirdikləri əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, onun qardaşı Ələsgər və qohumları - yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.

Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti