Minik avtomobili “Shacman”a çırpıldı, xəsarət alan var - Foto

HADİSƏ
01:55
31 Mart 2020
66

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Hüseyn Məmmədov idarə etdiyi “Kia” markalı minik avtomobili yüksək sürətlə Hüseynov Zaurun idarə etdiyi “Shacman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Hüseyn Məmmədov xəsarət alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti