Bakıda bayram tonqalı yanğına səbəb oldu - Video

ÖLKƏ
14:23
15 Mart 2023
386

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalı ağacların yanmasına səbəb olub.

Sabah.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

Xəbər lenti