Bakıda marşrut avtobusunda əlbəyaxa dava - Video

XƏBƏR
10:16
14 Mart 2023
207

Bakıda marşrut avtobusunda sərnişinlər arasında dava-dalaş olub.

Sabah.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Bugünlərdə çəkildiyi bildirilən videoda gənc oğlanla orta yaşlı kişi sərnişin arasında mübahisənin yarandığı və gəncin ilk olaraq onu vurduğu görünür. Bundan sonra orta yaşlı sərnişin gənc oğlanı avtobusun döşəməsinə yıxaraq ona zərbələr endirib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisənin hansı marşrut xəttində baş verməsi barədə onlarda məlumat yoxdur.

Həmçinin insident barədə polisə məlumat verilmədiyi qeyd edilib.

Xəbər lenti