Manaf Ağayev oğlunun həbsindən danışdı

XƏBƏR
10:11
14 Mart 2023
213

Müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  

Sabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi baş verən hadisəyə belə şərh verib:

“Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən, sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm”.

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşviq barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb.

Xəbər lenti