Mehriban Əliyevadan 31 Mart soyqırımı ilə bağlı paylaşım

XƏBƏR
00:15
31 Mart 2020
344

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Xəbər lenti