Moped yol kənarındakı maşına çırpıldı, kuryer öldü

XƏBƏR
10:41
13 Mart 2023
218

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, Səbail rayonu, Salyan şosesində yerləşən “Golden Goast” hotelinin yaxınlığında Ələsgərov Məzahir Nofəl oğlu kuryer kimi işlədiyi mopedi yol kənarında parklanmış avtomobilə çırpıb.

Ağır xəsarət alan M.Ələsgərov Kliniki Tibbi Mərkəzə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti