“Mercedes” aşdı, ölən var

HADİSƏ
23:57
30 Mart 2020
55

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Qusar-Ləyər yolunda qeydə alınıb. 

"Mercedes" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Ölən şəxs 1994-cü il təvəllüdlü Talıbov Ümid Oqtay oğludur.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti