Dünən 86 nəfər koronavirusdan ölüb

GÜNDƏM
14:01
8 Fevral 2020
80

Dünən 86 nəfər koronavirus xəstəliyindən həyatını itirib.

Sabah.az “CNN Turk”ə istinadən xəbər verir ki, bununla da indiyədək qeydə alınan ölüm sayı 724, xəstəliyə yoluxan insan sayı isə 34 min 896 nəfərə çatıb.

Statistikaya əsasən, bir gündə minimum itki yanvarın 23-də 8, ən çox ölüm sayı isə dünən 86 nəfər olaraq qeydə alınıb.

İnternet panelində bu günə qədər təsdiqlənmiş virusa yoluxma halları ilə bağlı durum isə belədir: 

Çində 34 min 574, Sinqapurda 33, Hong-Kongda 26, Tailand və Yaponiyada 25, Cənubi Koreyada 24, Tayvanda 17, Avstraliyada 15, Almaniyada 13, ABŞ və Malayziyada 12, Makao və Vyetnamda 12, Kanadada 7, Fransada 6, Birləşmiş Ərəb Əmirliklərində 5, İtaliya, Filippin, Hindistan və İngiltərədə 3, Rusiyada 2, Nepal, Kamboca, İspaniya, Finlandiya, İsveç və Şri-Lankada isə 1 nəfər virusa yoluxub.

Xəbər lenti