Bakıda atışma - 2 nəfər güllələndi+Video+Yenilənir

ÖLKƏ
14:56
10 Mart 2023
516

Bakıda atışma olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub:

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər:

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”.

***

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisədə 2 nəfər xəsarət alıb: "Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb".

***

TƏBİB yaralılarla bağlı son məlumatı açıqlayıb.

Bidirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

***

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində 2 nəfəri güllələyən şəxs tutulub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir.

Hadisə baş verən zaman dərs saatı olmayıb.

ATU-dan məlumatı təsdiq ediblər.

Xəbər lenti