Azərbaycanda elektrik enerjisinin limiti artırıla bilər - Nazir açıqladı

GÜNDƏM
23:17
30 Mart 2020
135

“Həmçinin əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasında var”.

Sabah.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf" verilişində deyib. Nazir sözlərinə belə davam edib.

“Bunun da məntiqi sadədir. Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirirlər. Təbii olaraq, bu, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxara bilər. Xüsusilə, limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır”.

Xəbər lenti