Sumqayıtda baş energetik faciəvi şəkildə öldü
15:58
7 Mart 2023
539Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanov iş yerində cərəyan vurması nəticəsində dünyasını dəyişib. Onun iş başında olarkən ehtiyatsızlıqdan vəfat etməsi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə martın 6-sı 16 radələrində baş verib:
“Elxan Misirxanovun ASC-yə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”.
Daha çox