Azərbaycanda futbolçuları aparan avtobus qəzaya düşdü - Yaralılar var
14:20
7 Mart 2023
431Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən Sabah.az-a verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” - “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
Daha çox