Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü

ÖLKƏ
09:26
6 Mart 2023
529

Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə rayonun Karrar kəndində 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti