Xocalıda yük maşını su arxına aşdı - Foto

XƏBƏR
11:23
4 Mart 2023
251

Xocalı rayonu Çanaqçı kəndi ərazisində yük maşını qəzaya düşüb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gəlib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti