Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edildi

ÖLKƏ
09:48
4 Mart 2023
396

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrlə polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.

Xəbər lenti