Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqladı

XƏBƏR
12:49
3 Mart 2023
233

İsmayıllıda qadın özünü bıçaqlayıb.

Sabah.az xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır.

İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti