TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama
10:10
2 Mart 2023
209Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.
“Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda bildirilb.
Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Daha çox