Şeydayevin sabiq klubu fəaliyyətini dayandırdı

İDMAN
20:46
30 Mart 2020
63

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

Sabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bildirilib. Jilina təmsilçisinin maliyyə böhranı səbəbindən bu addımı atdığı vurğulanıb. Klubun aprelin 1-i fəaliyyətini rəsmən dayandıracağı qeyd olunub:

"Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. 2020-ci ildə klubun büdcəsi yay transferlərdən qazancla əldə olunur. Ancaq bu yay transferlərdən gəlirlər böyük ehtimalla sıfıra yaxın olacaq. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" 7 qat Slovakiya çempionudur.

Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu klubun şərəfini qoruyub.

Xəbər lenti