Ordubada polis rəisi təyin edilib

ÖLKƏ
13:15
25 Fevral 2023
500

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis mayoru Tural Cəfərli Ordubad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətov Tural Cəfərlini şöbədə şəxsi heyətə təqdim edib.

Qeyd edək ki, dünən Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Xəbər lenti