Bakı-Sumqayıt şosesində mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var - Foto

ÖLKƏ
09:30
25 Fevral 2023
464

Abşeron rayonu ərazisində dörd avtomobil qəzaya uğrayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə DYP-nin Dövlət Ekoloji Nəzarət Postu qarşısında qeydə alınıb.

Belə ki, KIA markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən “Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn “Mercedes” markalı minik maşınının sürücüsü sükana nəzarəti itirərək maşınını “Nissan”a çırpıb. Daha sonra digər “Mercedes Vito” markalı mikroavtobus eynimarkalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti