Salyanda 13 yaşlı qıza zorakılıq edən 4 nəfər həbs edilib
Salyanın Cadırlı kəndində 13 yaşlı qız cinsi zorakılığa məruz qalıb.
Sabah.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. İlkin məlumata görə, azyaşlının atası rəhmətə gedib, anası isə psixiatriya xəstəxanadadır.
Məlumatla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir:
“Həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir”.
Daha çox