İllər sonra “Space”dəki vəzifəsindən getdi

XƏBƏR
11:51
23 Fevral 2023
199

“Space” TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, 2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.

İman Məcidov sayta açıqlamasında xəbəri təsdiqləyib:

“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik”.

Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.

Xəbər lenti